Ərdoğan Bakıdan İrəvana mesaj verdi

SİYASƏT 10 dek 2020, 20:19
"Biz sülhün göyərçinləri olmaq istəyirik. Bizim Ermənistan xalqı ilə problemimiz yoxdur”.

Demokrat.az xəbər verir ki, bu sözləri bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması
mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Bizim insanlara qarşı kinimiz yoxdur. Müsbət addım atıldığı halda qapalı olan qapılarımızı açarıq.
"Qapılarımızı bağlayaq” deyə bir dərdimiz yoxdur.

Azərbaycan hökuməti inanıram ki, oranı da heç gecikmədən 3-5 il içərisində çox daha fərqli bir
vəziyyətə gətirəcəkdir”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top