Qaradağda nişan mərasimi keçirmək istəyənlər cərimələndi

HADİSƏ 09 dek 2020, 18:55
Qaradağ rayonunda karantin qaydalarını pozaraq nişan mərasimi etmək istəyən şəxslər cərimələniblər.

DİN-in Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən rayonun Korgöz qəsəbəsində karantin qaydalarını pozaraq nişan mərasimi keçirilməsinin qarşısı alıb.

Mərasimin təşkilatçısı Abşeron rayon sakini Elşən Verdiyev və nişan zamanı orada olan 15 nəfər barəsində inzibati protokol tərtib olunub. Onların hər biri 200 manat cərimə ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top