Alı Alıyev Şuşaya çəkilən yolun tikinti işləri ilə tanış oldu — VİDEO

SOSİAL 07 dek 2020, 18:28
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən tikintisinə başlanılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikinti işləri ilə yerində tanış olub. 

İcra Hakimiyyətindən Demokrat.az-a daxil olan məlumata görə, Alı Alıyev tikintini həyata keçirəcək şəxslərlə görüşüb, onlarla söhbət edib. Bildirib ki, dövlət başçısının sərəncamına əsasən Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla tikintisinə başlanılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun böyük bir hissəsi Füzuli rayonunun ərazisindən keçəcək. 

Yolun Füzuli rayonu ərazisindən başlanacaq hissəsinin tikintisi ilə bağlı qurbanlar kəsilib, dualar oxunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top