Koronavirus qripdən necə fərqlənir? — VİDEO

SOSİAL 07 dek 2020, 10:01
Koronavirus və qripin simptomları ilk baxışdan oxşardır.

Demokrat.az Xəzər TV-yə istinadla xəbər verir ki, hər iki infeksiyanın bir çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur.

Həkim-infeksionist Vüqar Cavadzadə deyib ki, qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq onun simptomları ilə bağlıdır. Dediyinə görə, qripin simptomları daha sürətli yayılır.

Həkim infeksionist əlavə edib ki, qrip infeksiyasında gizli dövr bir necə saatdan 1-2 günə qədər davam edir. COVID-19-da isə bu gizli dövr 2-14 gün, bəzi hallarda isə 21 günədək davam edə bilir. Hər iki infeksiyanın oxşar cəhətləri də var.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top