Ermənistanda son sutkada 29 nəfər koronavirusdan öldü

DÜNYA 01 dek 2020, 12:11
Ermənistanda daha 843 nəfərdə koronavirus aşkarlanıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 135 967 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 29 nəfər artaraq 2 193-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 542-yə yüksəlib. İndiyədək 110 365 nəfər infeksiyadan sağalıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top