Belarusda etiraz aksiyaları — saxlanılanlar var


DÜNYA 29 noy 2020, 17:23
Bu gün Belarusda “Qonşuların marşı” adı altında keçirilən etiraz aksiyaları zamanı 26 etirazçı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə “Vesna” İnsan Hüquqları Mərkəzi məlumat yayıb.

Saxlanılanlar arasında müxalifətin Əlaqələndirmə Şurasının İqtisadi Qrupunun üzvü Dmitri Kruk da var.

Minsk Baş Polis İdarəsi paytaxtda baş verən etiraz aksiyalarını hələ şərh etmir. “Bütün rəsmi məlumat axşam olacaq”, - deyə BPİ-nin rəsmi nümayəndəsi Natalya Qanuseviç bildirib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top