Həbs edilən icra başçısının kadrları eyni gündə öldü

HADİSƏ 26 noy 2020, 11:58
Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) sabiq baş memarı və icra başçısının sabiq köməkçisi eyni gündə vəfat edib.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, bu ilin sentyabr ayına qədər Biləsuvar RİH-in baş memarı vəzifəsində çalışan Yaşar Əzimov xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasında müalicə olunduğu xəstəxanada cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Eyni zamanda, Biləsuvar RİH başçısının keçmiş köməkçisi Pöhran Şahbazov koronavirus infeksiyası səbəbilə müalicə olunduğu Masallı Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, hər iki şəxsin bu ilin sentyabr ayında vəzifələrindən azad edilmişdi. Onlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Biləsuvar RİH-in sabiq başçısı Mahir Quliyevin kadrları olduğu bildirilir.

Xatırladaq ki, M.Quliyev bu ilin aprelin 29-da DTX-nin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Noyabrın 25-də Səbail Rayon Məhkəməsinin qərarı ilə M.Quliyevin həbs müddəti daha 3 ay artırılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top