KOBİA-nın səlahiyyəti artırıldı

SOSİAL 23 noy 2020, 16:48

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana dəyişiklik edilib.


Bu barədə Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb.


Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nə yarımbənd əlavə edilib.


Belə ki, startapların qeydiyyatını və onların innovativ ideyalarının patentləşdirilməsini dəstəkləməklə yanaşı, normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək səlahiyyəti də əlavə edilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top