Göyçayda iki avtomobil toqquşdu — xəsarət alanlar var

HADİSƏ 20 noyabr 2020, 22:30

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:00 radələrində Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İki "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində Çərəkə kənd sakini Əhmədov Aydın Əlisahib oğlu və adları hələ ki məlum olmayan başqa iki nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top