Ermənistanda son sutkada 31 nəfər COVID-19-dan öldü

DÜNYA 19 noy 2020, 11:55

Ermənistanda daha 1 520 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 121 979-a yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 31 nəfər artaraq 1 870-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 469-a yüksəlib. İndiyədək 88 388 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 31 243 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top