Türkiyədə son sutkada koronavirusdan (COVID-19) 116 nəfər ölüb.
Demokrat.az-ın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 158 811 şübhəli koronavirus testindən keçib, onlardan 4215-nin cavabı pozitiv çıxıb, 2592 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3742 nəfər olub.