Arçrun Ovannisyan: "Erməni ailələri çoxuşaqlı olmalıdır, hazırlaşıb qələbə qazanmaq üçün"

GÜNDƏM 14 noy 2020, 22:15

Ermənistan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Arçrun Ovannisyan erməniləri gələcək haqqında düşünməyə və daha çox uşaq sahibi olmağa çağırıb.


Demokrat.az erməni mediasına istinadən xəbər verir ki, o özünün facebook statusunda belə bir fikirlə çıxış edib. 


Onun sözlərinə görə, ermənilər məğlubiyyətdən yaxa qurtarmaq üçün ailələrdə çoxlu uşaqlar doğulmalıdır.


“Heç nəyə baxmayaraq yaşamaq lazımdır. Gələcək planlarım haqqında çox danışacağam. Amma hələlik qeyd edim ki, beşinci və altıncı övladım olacağını düşünürəm. Erməni uşaqları çox olmalıdır. Hazırlaşıb qələbə qazanmaq üçün”, – deyə Ovannisyan Facebook səhifəsində yazıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top