KİV: 1 960 türk əsgərinin bölgəyə gəlməsi planlaşdırılır

GÜNDƏM 12 noy 2020, 13:16

“Tərəflər arasında imzalanmış sənədin 5-ci maddəsinə əsasən, bölgədə Rusiyanın sülhməramlıları yer alırdı. Razılaşma əsasında Azərbaycan bölgəyə türk hərbçisini də istəyib və türk əsgərləri də artıq bölgəyə gəlir”.


“Report” xəbər verir ki, bunu “A Haber”in Azərbaycana ezam olunmuş müxbiri Kərim Ulak deyib.


“1 960 rus hərbçisi bölgəyə gəlir. Eyni sayda türk əsgərinin bölgəyə gəlməsi planlaşdırılır. Toplam 4 nəzarət, 16 müşahidə postları yaradılacaq. Dekabrın 12-dən başlayaraq rus və türk hərbçilər burada dövriyyə edəcək. Bölgədə bir dənə də olsun erməni hərbçisi olmayacaq. Bölgədə, özəlliklə ermənilərin sıx yaşadığı yerlərdə təhlükəsizlik və asayişi türk və rus hərbçilər təmin edəcək”, - o vurğulayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top