“İranın bu adımı normallaşma prosesinin qarşısını alır” — Politoloq

GÜNDƏM 26 iyul 2024, 18:11
Xəbər verildiyi kimi, İran və Ermənistan arasında dəyəri 500 milyon dollar təşkil edən məxfi silah müqaviləsi imzalanıb. Bildirilib ki, müqaviləyə əsasən, İran Ermənistana “Şahed 136”, “Şahed 129”, “Şahed 197”, “Mohajer” kimi pilotsuz uçuş aparatları, eləcə də “Xordad 3”, “Məcid”, “Xordad 15” və “Arman” kimi zenit-raket sistemləri verəcək. Lakin, Ermənistan Müdafiə Nazirliyi İranla gizli razılaşmaya dair xəbərləri təkzib edib. 

Lakin Ermənistanın İran və Hindistandan silah-sursat tədarük etməsi ilə iddialar artmaqdadır. Bundan başqa daha əvvəl, Hindistan Müdafiə Nazirliyi İrəvanın 2024-2025-ci maliyyə illəri üçün Dehlidən silah və hərbi texnika almasına dair imzaladığı müqavilələrin həcminin 600 milyon dollara çatması ilə bağlı xəbər də yayılmışdı. 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu, Tehran rejiminin Azərbaycana qarşı qeyri-konstruktiv düşmən siyasətinin tərkib hissəsidir. 

Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan İran ilə dostluq və qonşuluq münasibətinə həmişə üstünlük verməyə çalışır:

“İranla Ermənistan arasında 500 milyon dollarlıq hərbi-texnika ilə bağlı gizli müqavilənin imzalanması məsələsi artıq gündəmə çıxıb. Görünür bu İbrahim Rəisinin prezidentlik dövründə SEPAH tərəfindən edilib. Əlbəttə ki, İranın bu adımı sülh prosesini pozmaq, Cənubi Qafqazda möhkəmlənmək, Azərbaycana təzyiq etmək, Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin qarşısını almaq üçündür.

Hesab edirəm ki, yeni prezident Azərbaycanla münasibətlərə üstünlük verəcək və Ermənistanın silahlandırılmasına imkan vermiyəcək. Biz yeni prezindentdən bunu gözlüyürük. Amma biz bilirik ki, ali dini rəhbəri və SEPAH həmişə Azərbaycana qarşı qərəzli mövqe tutub. Baxmayaraq ki, ali dini rəhbər  Əli Xamenei azərbaycanlı və müsəlmandır.Amma müsəlman Azərbaycana qarşı qarşı düşmənçilik siyasəti yeridir. Məhz onun təlimatı ilə Zəngəzur dəhlizinin açılmasına qarşı mövqe irəli sürülür və Ermənistanın silahlanması həyata keçirilir. Yəni, Azərbaycan artıq İranın bu düşmənçiliyini yaxşı başa düşür. Amma yeni prezidentdən Azərbaycana qarşı müsbət siyasət gözlüyürük”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top