İlham Zəkiyev: "Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm"

GÜNDƏM 07 sentyabr 2024, 21:10

Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm.

Bunu "Paris-2024" Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev deyib.

+90 kq çəki dərəcəsində yer alan idmançı 6-cı dəfə paralimpiadada mübarizə apardığını xatırladıb:

"Bir az hazırlığımdan razı deyildim. Zədələr ucbatından hazırlığım istədiyim səviyyədə keçməmişdi. Bununla belə bürünc medal qismət oldu. Paralimpiadada istənilən medal qələbə deməkdir. Çox sevinirəm, bu medalda çox insanın əziyyəti, zəhməti var – məşqçilər, məşq yoldaşları, ailə, komitə, federasiya. Hamısına təşəkkürümü bildirirəm. Çox şükür Allaha bu qələbəni bizə yaşatdı. Yaşasın, Azərbaycan! Nəhayət, biz sərhədləri tam bərpa olunmuş Azərbaycanın adından çıxış edirik. Üçrəngli bayrağımızı çalışacağıq həmişə zirvələrdə saxlayaq".(report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 oktyabr 2024, 09:30
15 oktyabr 2024, 09:20
15 oktyabr 2024, 08:48
Top