Asyayla Fuadın evi məhkəmə qərarı ilə satıldı

GÜNDƏM 07 sentyabr 2024, 23:44

İnfluenser Asya Aslanova keçmiş əri, fotoqraf Fuad İsmayılovla yaşadığı evdən köçüb.

OLAY yazır ki, bununla bağlı bloger instaqram səhifəsində məlumat yayıb. 

Asya bildirib ki, onun yaşadığı bu mənzil məhkəmənin qərarı ilə satılıb və bölünüb: 

“Bu gün bu evlə tamamilə sağollaşdıq və “Aşkı memnu” serialının finalındakı mahnı yadıma düşdü. Yeni evim mənim üçün çox gözəl şeylər gətirəcək. Hər şey əla olacaq. Bu arada nədənsə çox insan elə bilirdi ki, bu ev mənə verilib. Xeyr! Ev məhkəmə qərarı ilə satılıb, bölünüb. Sadəcə bu müddət çox uzun və yorucu keçdi. Amma sonu yaxşı oldu”.

Qeyd edək ki, keçmiş cütlüyün iki övladı var. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 22:30
Top