"Siyasət haqqında ən çox araşdıranlar jurnalistlərdir" — Politoloq

GÜNDƏM 26 iyul 2024, 19:51
Xəbər verdiyimiz kimi, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı müsahibəsində korrupsionerlərin, iş adamlarının, yaradıcı şəxslərin, müğənnilərin parlamentə düşməsinin qarşısı alınmalıdır deyib. O bildirib ki, redaktorlar, jurnalistlər namizəd olurlar. Necə ola bilər ki, "dördüncü hakimiyyətin” nümayəndəsi gedib qanunverici orqanda oturur?! Sərdar Cəlaloğlu qeyd edib ki, Milli Məclis qanunverici orqandır, siyasi məkandır. Ağıla gələn və gəlməyən adamların parlament üzv olması heç də yaxşı hal deyil.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, jurnalistlərin parlamentə gəlməsinə tam normal yanaşır.

Qabil Hüseynli açıqlamasında Sərdar Cəlaloğlunun da həkim olduğunu vurğulayıb.

“Sərdar bəy yüksək intellektə malik olan siyasətçidir. Belə götürəndə Sərdar bəy özü də həkimdir. Onun ciddi siyasi ambisiyaları var və parlamentə də düşmək istəyir. Mən onun bəzi fikirləri ilə razılaşıram. Məsələn, şou əhlindən olan nümayəndələrin və s. parlamentə düşməsinə mən də qəti razı deyiləm. Amma jurnalistləri bu kateqoriyaya aid etmək düzgün deyil. Savadlı jurnalist cəmiyyətin fəal qüvvəsidir. Bir çox məsələlərdə, həmçinin, siyasi məsələlərdə aktiv hərəkət edirlər. Siyasət haqqında ən çox araşdıranlar elə jurnalistlərdir. Ona görə də jurnalistlərin parlamentə gəlməsinə tam normal yanaşıram”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top