İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib

SOSİAL 27 iyul 2024, 00:20
İyulun 14-də keçirilən qəbul imtahanınında iştirak etmək üçün ərizə təsdiq etmiş 27929 abituriyentdən (I qrup üzrə 22889 nəfər, IV qrup üzrə 5040 nəfər) 767 nəfər (I qrup üzrə 673 nəfər, IV qrup üzrə 94 nəfər) imtahanda iştirak etməyib.

Demokrat.az xəbər verir ki, bu barədə DİM-in yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, imtahanda iştirak edən abituriyentlərdən 6 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Həmçinin qeyd edilib ki, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Əsədov Rüfət Raqif oğlu və Bakı şəhər 283 saylı orta məktəbin məzunu Məmmədli Əli Faiq oğlu göstərib. Hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 697 bal toplayan Bakı şəhər 57 saylı orta məktəbin məzunu Əlizadə Rəbiyyə Həsən qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 397 bal toplayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top