Azərbaycanda güllələnərək öldürülən həkimin son görüntüləri — VİDEO

SOSİAL 07 sentyabr 2024, 13:53

Xəbər verdiyimiz kimi, avqustun 27-də səhər saat 9 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndində 1946-cı il təvəllüdlü Tariyel Əhmədov odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Demokrat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, rayonda tanınmış həkim olan T.Əhmədovun güllələnərək öldürülməmişdən bir neçə gün əvvəl çəkilmiş görüntüləri yayılıb. Görüntülərdə video çəkən şəxs

T.Əhmədova pianoda ifa etməsini və bu görüntülərin xatirə qalmasını bildirib.

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, 77 yaşlı həkimi güllələyən 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb. 

Bildirilir ki, T.Əhmədovla tanışı Həsən Davudov arasında bir müddət imiş pul məsələsinə görə narazılıq olub. Hətta tərəflər arasında məhkəmə çəkişməsi də davam edirmiş.

Hadisənin də bu zəmində baş verməsi ehtimal edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top