Qarabağ Universitetinə yeni kafedra müdiri təyin edildi FOTO

GÜNDƏM 26 iyul 2024, 16:15
Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Səbuhi İbayev İncəsənət fakültəsinin Vokal kafedrasına müdir təyin olunub.
 
Demokrat.az
xəbər verir ki, Səbuhi İbayev bakalavriat və magistratura səviyyələri üzrə təhsilini Milli Konservatoriyada alıb.

Bu təyinatadək Səbuhi İbayev Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, həmçinin Asəf Zeynallı adına Musiqi Kolleci və Beynəlxalq Muğam Mərkəzində fəaliyyət göstərib.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar artisti olan Səbuhi İbayev, həmçinin Prezident mükafatçısıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top