"Biz İrəvanın şıltaqlıqlarına dözmək məcburiyyətində deyilik" — AÇIQLAMA

GÜNDƏM 26 iyul 2024, 20:59
Son zamanlar Azərbaycan-Ermənistan şərti sərhədində artan gərginlik bölgədə ciddi narahatlıq doğurur. Xüsusilə də, dünən Ermənistanın Tovuz bölgəsində həyata keçirdiyi kəşfiyyat xarakterli uçuş münaqişə zonasındakı vəziyyətin daha da pisləşə biləcəyinə dair şübhələr doğurur. Yaşanan hadisə bölgədəki siyasi və hərbi məsələlərdə gərginliyin artmasına, eləcə də münaqişənin daha genişmiqyaslı bir müharibəyə dönüşə biləcəyi ilə bağlı şübhələri artırır.

Maraqlıdır, Ermənistan nə etmək istəyir? 

İrəvan yeni münaqişəyə hazırlaşır?

Məsələ ilə bağlı Demokrat.az-a danışan politoloq Turan Rzayevin fikrincə,  Ermənistan-Azərbaycan şərti dövlət sərhədində baş verən təxribatlar ciddi narahatlıq yaradır. 

Onun sözlərinə görə, sülh prosesi istiqamətində  görülən bu qədər konstruktiv işlər və real nəticələr fonunda belə bir hadisənin baş verməsi həm təəssüf doğrur, həm də narahatlıq yaradır:

"Buradakı narahatlıq heç də Ermənistan tərəfinin törədəcəyi təxribat və ya vura biləcəyi ziyanla bağlı deyil, sülh prosesinin əvvəlki vəziyyətə qayıtması,  gərginliyin alovlanmasıdır. Azərbaycan regionda yeni bir müharibənin və gərginliyin baş verməsini istəmir. Lakin proseslər bu istiqamətdədirsə, təxribatlar cavabsız qalmayacaq. Təsadüfi deyil ki, Müdafiə Nazirliyinin verdiyi sərt xəbərdarlıq xarakteri daşıyan bəyanat da Ermənistana açıq mesaj idi”.

Politoloq deyib ki, biz İrəvanın şıltaqlıqlarına dözmək məcburiyyətində deyilik:

“Nə olur, olsun Ermənistan tərəfi atacağı addımların cəzasını çəkəcək. Azərbaycan İrəvanla yeni müharibə niyyətində deyil və bizim Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə dair hər hansı bir iddiamız yoxdur. Amma torpaqlarımıza qarşı istənilən təcavüzkar addımların cavabı ordumuz tərəfindən ən sərt şəkildə veriləcək”.

Mehriban Mirzəzadə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top