“Seçicilərimə belə bir devizlə səslənmək istəyirəm – seçilərsəm, deputat, seçilməzsəm, jurnalist kimi xidmətinizdəyəm. 2020-ci ildəki seçkilərin nəticələrindən şikayət etmişdik və ləğvinə nail olmuşduq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Xətai rayonu 33 saylı 1-ci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasov deyib. O, imza toplama kampaniyasının başa çatdığını qeyd edib:
“Bütün gərəkli sənədlər seçki dairəsinə təqdim edilib, namizədliyin təsdiq edilməsi üçün cavab gözləyirik. Başlıca rəqiblərimiz Zahid Oruc və Natiq Cəfərlidir. Digər namizədlərin adları hələ açıqlanmayıb. Anadan olandan – 47 ildir Xətai rayonunda yaşayıram. Rayonun bütün problemlərindən xəbərdaram. Mərkəzdə Sarayevo küçəsində yerləşən seçki qərargahımız davamlı fəaliyyət göstərir.
Xətai rayonu 33 saylı 1-ci seçki dairəsindən indiyə qədər heç kim deputat seçilməyib, bu rayon deputatsızdır. Zahid Oruc Tərtər-Bərdə seçki dairəsindən namizədliyini geri çəkərək Xətai rayonundan namizəd oldu, düzü səbəbini bilmirəm, amma xoş gəlib. Rəqabətə hazırdırsa, biz də bütün seçicilərimizlə onunla rəqabətə hazırıq. Zahid Oruc da, Natiq Cəfərli də dostumuzdur, amma siyasətdə bilirsiniz ki, gerçəklər, doğrular daha vacibdir. Seçkilərin maraqlı keçəcəyini gözləyirik”.
Qeyd edək ki, Fuad Abbasov İstanbul Universitetinin jurnalistika fakültəsini bitirib. Dəfələrlə Rusiya televiziyalarında Azərbaycanın və Türkiyənin mövqeyini müdafiə edib. “Misra” TV-nin yaradıcısıdır.
Törə Zeynallı
Demokrat.az