Məşhur məşqçi buna görə Paris 2024 Olimpiadasından kənarlaşdırıldı

DÜNYA 26 iyul 2024, 23:28
Kanadanın qadınlardan ibarət olimpiya futbol komandasının baş məşqçisi Bev Priestman "rəqiblərə qarşı dron istifadə etdiyinə görə" Paris 2024 Olimpiadasında iştirakına qadağa qoyulub.

Demokrat.az
xəbər verir ki, Kanada Olimpiya Komitəsi Priestmanın Kanada Futbol Federasiyası tərəfindən işdən çıxarıldığını açıqlayıb.

Artıq komandanı köməkçi məşqçi Endi Spens idarə edəcək. Kanada Futbol Federasiyasının baş direktoru Kevin Blu Paris 2024-dən əvvəl rəqiblərə qarşı dron istifadəsi ilə bağlı yeni məlumatların əldə edildiyini və bu səbəbdən Priestmanın işdən kənarlaşdırıldığını bildirib.

İnsident Yeni Zelandiyanın təlim obyektlərinin üstündə bir dronun görünməsi iddiası ilə başlayıb. 

Polis “akkreditasiya olunmamış analitik” Cozef Lombardini həbs edib və Priestmanın köməkçisi Jasmine Manderi sorğu-sual edib. Lombardi günahını boynuna alıb, cərimə və şərti həbs cəzası alıb.

FİFA araşdırmağa başladığı zaman Priestman bir üzrxahlıq mesajı paylaşaraq cümə axşamı keçiriləcək matçı idarə etməmək qərarına gəldiyini açıqlayıb. 

Priestman 2020-ci ildən Kanada milli komandasına rəhbərlik edir və komanda Tokio Olimpiadasında qızıl medal qazanıb.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top