Siqaret bahalaşacaq — AÇIQLAMA

GÜNDƏM 26 iyul 2024, 18:57
Xəbər verdiyimiz kimi, Azərbaycanda siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb. Belə ki, ölkəyə gətirilən və tərkibində tütün və tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün aksiz dərəcəsi 43 manatdan 45,5 manata qaldırılıb. Aksiz dərəcəsi tərkibində tütün, eləcə də tütün əvəzləyicisi olan siqaretlərın 1000 ədədi üçün isə 46,5 manatdan 53,5 manata qaldırılıb.

Bahalaşmaya iqtisadçı ekspert Fuad İbrahimov Demokrat.az-a açıqlamasında münasibət bildirib:


“Hər il xüsusən də tütün və tütün məhsullarında, spirtli içkilərdə aksiz dərəcəsi bahalaşır. Bu bütün dünyada baş verən tendensiyadır. Tütün və tütün məmulatları, spirtli içkilərdə aksizlərin artmasının səbəbi də çoxumuza məlumdur. Bugünkü bahalaşma bu bizneslə məşğul olan sahibkarların xərcini artırmış olacaq. Aydın məsələdir ki, bahalaşma məhsulun satış qiymətinə də təsirsiz ötüşməyəcək. Aksizlərdən gələn əlavə gəlirlər büdcə gəlirləri kimi gəlir təsnifatına əlavə olunacaq. Eyni zamanda da istehlakçıların xərclərini artırmış olacaq. Aksizi artan məhsulun bahalaşması qaçılmaz haldır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top