Erməni KİV-i: “Saxta Ermənistan mifi dünən məhv edildi”

DÜNYA 12 noy 2020, 13:06

Dünən hakimiyyətin iki il yarım ərzində qurduğu saxta Ermənistan mifi məhv edildi.


Bu barədə “Hraparak" nəşri yazıb.


Bildirilib ki, hakimiyyət sosial şəbəkələrdə saxta statuslar, şərhlər ilə cəmiyyətin sonsuz dəstəyini aldığı təəssüratı yaradırdı.


“Həqiqi Ermənistanda isə küçələrə çıxan minlərlə insan Nikol Paşinyanın istefasını tələb etdi. Mitinqə təşəbbüs göstərən 17 partiya baş nazir tələblərini yerinə yetirənə qədər aksiyaların davam edəcəyini bildirdilər. Yalnız bir tələb var - bu partiyaların nümayəndələrinin fikrincə, mövcud vəziyyəti dəyişdirə biləcək Paşinyanın istefasıdır”, - nəşrdə qeyd edilib.(virtualaz.org)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top