Avtomobilini timsahlarla dolu kanala aşıran qadın öldü

DÜNYA 10 noy 2020, 09:09

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində avtomobilini timsahlarla dolu kanala aşıran qadın ölüb. 


Bununla bağlı “Indiaglitz” nəşri məlumat yayıb. 


Məlumatlara görə, öz avtomobili ilə Florida ştatının Neypls şəhərinə gedən zaman 30 yaşlı qadın idarəetməni itirib və maşın kanala aşıb. 


Ətrafdakılar qadına kömək etmək istəsələr də, bu, nəticəsiz qalıb. Timsahlar qadına hücum ediblər. 


Hadisə yerinə çağırılan xilasedicilər qadının parçalanmış cəsədini aşkarlayıblar.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top