Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi

GÜNDƏM 29 okt 2020, 12:56

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyə xalqını təbrik edib.


Demokrat.az xəbər verir ki, paylaşımda deyilir:


"Qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!


Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır. Bizi etibarlı və möhkəm dostluq, qardaşlıq telləri bağlayır. Bizim uğurlarımıza və qələbələrimizə sizin necə sevindiyinizin şahidiyik. Bizim dərdimizə necə şərik olduğunuzu görürük. Bütün bunlar Azərbaycan ilə Türkiyə Respublikası arasında birliyin, dostluğun, səmimiyyətin möhkəmliyini göstərir. Qoy xalqlarımızın dostluğu və qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Tanrı xalqlarımızı qorusun!"

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır. Bizi etibarlı və möhkəm dostluq, qardaşlıq telləri bağlayır. Bizim uğurlarımıza və qələbələrimizə sizin necə sevindiyinizin şahidiyik. Bizim dərdimizə necə şərik olduğunuzu görürük. Bütün bunlar Azərbaycan ilə Türkiyə Respublikası arasında birliyin, dostluğun, səmimiyyətin möhkəmliyini göstərir. Qoy xalqlarımızın dostluğu və qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Tanrı xalqlarımızı qorusun! Искренне поздравляю братский народ Турции с 29 Oктября – Днем Республики! Турция, турецкий народ занимают особое место в сердце каждого азербайджанца. Нас связывают надежные и крепкие узы дружбы и братства. Мы видим, как вы радуетесь нашим успехам и победам. Видим, как вы сопереживаете. Все это – свидетельство прочности единства, дружбы, искренности между Азербайджаном и Турецкой Республикой. Пусть дружба и братство наших народов будут вечными и нерушимыми! Желаю всему народу Турции крепкого здоровья, счастья и мира! Пусть Всевышний бережет наши народы!

A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) on 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top