İranın iküzlü siyasəti — İslam dövləti müsəlman xalqının, yoxsa işğalçı xristian ölkəsinin yanındadır? (VİDEO)

TƏHLİL 29 sentyabr 2020, 12:27

Ermənistan hərbi birləşmələrinin cəbhəboyu yaşayış məntəqələrində mülki əhalyə hücum etməsindən sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlandı. Hazırda ordumuz işğal altında olan ərazilərin azad edilməsi istiqamətində uğurlu addımlarını davam etdirir. 


Beynəlxalq hüquq, dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkəyir. Lakin dəstəyini gözlədiyimiz, umduğumuz qonşu və müsəlman dövləti olan İrandan bunu görməmək təəssüf doğurur.


Sosial şəbəkələrdə və digər informasiyaları mənbələrində İrandan işğalçı ölkəyə silah-sursat və digər ləvazimatların daşındığına dair videolar, fotofaktlar yayılıb. Bu video və fotolardan aydın görünür ki, İran dövlət nömrəli yük maşınlarının Ermənistana doğru hərəkət etdiyi aydın görünür. Cənub bölgəsində yerli sakinlərin də müşahidələri bu yöndədir.

 


Azərbaycan və İran mehriban qonşuluq prinsipinə əsalanan yüksək səviyyəli münasibətlərə malikdir. İndiyə qədər Azərbaycan İrana qarşı heç bir sanksiyalara dəstək verməyib, o cümlədən, ərazisindən qonşu ölkəyə qarşı platforma olaraq istifadə edilməsinə imkan verməyib. 


Məlumdur ki, Qərb ölkələri və İran arasında uzun müddətdən bəri qarşıdurma davam edir və indiyədək İrana qarşı bu və ya digər formada təzyiqlər edilib. Amma rəsmi Bakı heç vaxt qonşu İrana ziyan gətirəcək fəaliyyətlərdə yer almayıb. Bunu Tehranda da yaxşı bilirlər. Eyni münasibəti Azərbaycan da görmək istəyir, hətta bir müsəlman ölkəsi kimi buna daha çox haqqı var. 

 

Селфи Пашиняна и политика иранских властей


İran bu və ya digər formada Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edir, lakin bu, sözdən ibarətdir və faktlar göstərir ki, dəstək, kömək umduğumuz ölkə əməldə işğalçı Ermənistana əlindən gələn dəstəyi verir.

 

O Ermənistan ki, illərdir Azərbaycanın işğal etdiyi torpaqlarında İslam mədəniyyətini məhv edir, məscidləri dağıdır, Allah evində donuz saxlayır və sairə. İslam ölkəsi olan İranın belə bir ölkəyə dəstək verməyi nə İslama uyğundur, nə də Allahın Rəsulunun (ə.s.ə) hümmənin bir-birini dəstəkləməsi üçün vediyi tövsiyələrə.

 


Şübhəsiz ki, biz müsəlman xalqı olaraq İslam ölkəsi olan İrandan işğalçı ölkəyə verdiyi dəstəyi dayandırmağı istəyirik. Qonşu İranın Azəbaycanın haqqı işinə tək sözdə yox, əməldə də lazımı dəstək verməsini gözləyirik. Ən azı İran bu dəstəyi bizə ona görə verməlidir ki, Azərbaycan həm müsəlman xalqı olaraq, həm də  Qarabağdakı müsəlman abidələrinin ermənilər tərəfindən təhqir edilməsinə qarşı mübarizə aparan bir dövlətdir. 

 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top