Türkiyənin Bursa vilayətinin Mustafakemalpaşa rayonunda səhər saatlarında zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, AFAD zəlzələnin maqnitudasını 3,4, Kandilli Rəsədxanası isə 3,5 olaraq açıqlayıb.
Təkanlar saat 06:42-də qeydə alınıb və sakinlər arasında qısamüddətli təşvişə səbəb olub. İlkin məlumata görə, hadisə nəticəsində dağıntı və xəsarət alan olmayıb.
Jalə Demokrat.az


