Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz” supermarketlər şəbəkəsi təbiətin qorunması və ekologiyanın mühafizəsi istiqamətində layihələrini davam etdirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Bakı Dövlət Universitetinin, "Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti "Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib. Tədbirin təşkil edilməsində məqsəd əhalinin tullantıların düzgün idarə olunması, çeşidlənməsi və təkrar emalına diqqətin artırılması, eləcə də gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakına dəstək olmaqdır.
Bakı Dövlət Universitetində baş tutan tədbir gənclərin, tələbələrin və vətəndaşların böyük marağına səbəb olub. Festival çərçivəsində iştirakçılar ümumi tutumu 3410 litr olan plastik, 685 litr olan şüşə tullantı və 1481 ədəd işlənmiş batareya təhvil verərək əvəzində "Araz” ekoçantaları, TAC məhsulları və müxtəlif hədiyyələr əldə ediblər. Tədbir çərçivəsində həmçinin interaktiv maarifləndirici fəaliyyətlər təşkil olunub.
Bu təşəbbüs ekoloji mədəniyyətin formalaşmasına, vətəndaş məsuliyyətinin artırılmasına və tullantıların düzgün idarə olunmasının təşviqinə mühüm töhfənin bariz nümunəsidir.
Təbiəti qoru, tullantını dəyərə çevir!