Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ — Bu tarixdə alsanız…

GÜNDƏM 29 sentyabr 2025, 17:43
“2025-ci ilin yanvar-sentyabr ayları ərzində qızılın qiymətində 35,7%-lik artım dünya iqtisadiyyatındakı qeyri-müəyyənliklərlə sıx bağlıdır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib.

O əlavə edib ki, ABŞ və Avropada faiz dərəcələrinin yüksək səviyyədə qalması, investorları riskli aktivlərdən uzaqlaşdıraraq “təhlükəsiz liman” olan qızıla yönəldib:

“Geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərqdə və Şərqi Avropada davam edən münaqişələr də qızıla tələbatı artıran əsas amillərdəndir. Bir çox ölkələrin, xüsusən də Çin və Hindistanın Mərkəzi Bankları qızıl ehtiyatlarını genişləndirir. Bu da bazarda əlavə tələb yaradır. ABŞ dollarının müəyyən dövrlərdə zəifləməsi də qızılın qiymətini yuxarı çəkən faktorlardan biridir. İnvestorların gələcəyə inamsızlığı, səhmlərdə volatilliyin artması qızıla marağı daha da gücləndirib. Nəticədə rekord həddə bahalaşma müşahidə olunub. Bahalaşmanın davam etməsi əsasən qlobal maliyyə sabitliyindən və ABŞ Federal Ehtiyat Sisteminin pul siyasətindən asılı olacaq. Əgər faiz dərəcələri tədricən azaldılarsa, qızıla tələbat daha da arta bilər. Lakin qlobal iqtisadi sabitləşmə baş verərsə, qiymətlərdə müəyyən korrektə gözlənilə bilər. Yaxın aylarda qızılın yüksək qiymətdə qalması ehtimalı böyükdür. Orta və uzunmüddətli dövrdə isə bazar balansına uyğun olaraq qiymətlərin nisbətən stabilləşməsi mümkündür. Qızıl bir neçə ay sonra daha baha olacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sentyabr 2025, 17:13
Top