Anar Məmmədli ifadə verdi

KRİMİNAL 29 sentyabr 2025, 17:13
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi keçirilən prosesdə Anar Məmmədli ifadə verib.

O, qaçaqmalçılıqla bağlı ittihamı qəbul etməyib. Deyib ki, Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı monitorinq keçirib və hesabat hazırlayaraq yayıb. 

Növbəti proses oktyabrın 27-də davam edəcək.

Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Daha sonra Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib. O, məsuliyyətə cəlb olunub. 

Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sentyabr 2025, 17:13
Top