“Qiymət artımı məsələsi tez-tez müzakirə olunur. Amma bəlkə də qiymətlərin yüksək olması yox, insanların sosial vəziyyətinin zəif olması daha ciddi problemdir. Yəni, qiymətlər real bazar dəyərində ola bilər, sadəcə əhalinin gəliri aşağıdır, ona görə bu qiymətlər bahalı görünür.
Bu fikirləri kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib.
O qeyd eidb ki, qiymətlər aşağı olanda heç kim müzakirə etmir:
“Məsələn, bu il pomidor sahələrdə 10 qəpiyə satılıb. Yəni maya dəyərindən qat-qat aşağı. Amma bu, gündəmə gəlmədi, fermerin zərəri, iflası heç kimə maraqlı olmadı. Əsrin əvvəlində Azərbaycan aqrar ölkə idi, indi 2025-ci ildir, yenə də aqrar ölkə olaraq qalır. Təəssüf ki, biz aqrar-sənaye ölkəsinə çevrilə bilməmişik. Rayonlarda nə konserv zavodları var, nə də meyvə qurutma müəssisələri. Bu da qiymət artımına ciddi təsir edir. Fermer yalnız birinci sort məhsulu bazara çıxara bilir. Amma məhsulun digər ikinci və üçüncü sort hissəsi ya tullanır, ya da çürüyür. Çünki emal müəssisəsi yoxdur. Soyuq hava anbarlarının çatışmazlığı, bazar infrastrukturunun olmaması və fermerlərin birbaşa bazara çıxış imkanlarının məhdud olması da problemdir. Hazırda əsas satışlar böyük supermarket şəbəkələri üzərindən gedir. Qiymətləri onlar müəyyən edir və bu sistem həm qiymət artımına, həm də fermerin gəlir imkanlarının azalmasına səbəb olur”.
Leyla Turan
Demokrat.az