Nazir müavini "Enactus Qarabağ" komandası ilə görüşdü — FOTOLAR

İDMAN 23 sentyabr 2025, 16:54
Sentyabrın 23-də gənclər və idman nazirinin müavini İndira Hacıyeva "Enactus Dünya Kuboku"nda iştirak edəcək Qarabağ Universitetinin "Enactus Qarabağ" komandası ilə görüşüb.

Demokrat.az
xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən görüşdə İndira Hacıyeva komandaya qarşıdan gələn beynəlxalq yarışda uğurlar arzulayıb.

Görüşdə Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov da iştirak ediblər.

Qeyd edək, sentyabrın 24-dən 29-dək Tailandın Banqkok şəhərində "Enactus Global"ın təşkilatçılığı ilə "Enactus Dünya Kuboku" keçiriləcək. Azərbaycanı bu yarışda Qarabağ Universitetinin "Enactus Qarabağ" komandası "Biocrown" layihəsi ilə təmsil edəcək. 

Xatırladaq ki, komanda cari ilin avqustunda Bakı Konqres Mərkəzində keçirilən Milli Yarışda qalib gələrək Dünya Kubokuna vəsiqə qazanıb.




















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top