“NATO ilə açıq savaşa gedilməsi Rusiya üçün çox ciddi problemlər yarada bilər”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, Ukrayna-Rusiya müharibəsi fonunda artıq 4 ilə yaxındır ki, Qərb və Rusiya arasında gərginlik var və bu gərginlik son günlər bir qədər də artıb:

“Çünki Rusiya hərbi təyyarələri və dronları Polşa və Ruminiya ərazisinə daxil olmaqla, faktiki olaraq NATO ölkələrini təhdid altına alıb. Artıq Rusiyaya qarşı çağırışlar da var ki, çəkinsin bu cür təxribatçı addımlardan. Amma görünən budur ki, Rusiya tərəfi getdikcə Şərqi Avropa ölkələrini təhdid altında saxlamaqdadır. NATO ölkəsi olan Polşa və Ruminiyanın sərhədlərinin Rusiya tərəfindən pozulması gələcəkdə NATO və Rusiya arasında hərbi qarşıdurma ehtimallarını artıra bilər. Amma düşünmürəm ki, yaxın zamanda belə bir ciddi eskalasiya mümkün olsun, çünki Rusiya fərqindədir ki, NATO ilə qarşıdurma onun üçün xoş nəsə vəd etmir. Eləcə də, Şərqi Avropa ölkələrinin də birbaşa qarşıdurmadan çəkindiyi görülür”.
Cavidan Mirzəzadə
Demokrat.az