Qusar rayonunda iki nəfərin mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Qusar şəhəri ərazisində yerləşən kafelərdən birində baş verib. 1980-ci il təvəllüdlü Vüqar orada olarkən şəxsi münasibətlər zəminində aralarında yaranan sözlü mübahisə nəticəsində Həmidin (adlar şərtidir – red.) sifət nahiyəsinə bir dəfə əl içi zərbəsi ilə vurub. Kafenin mətbəxində isə saçlarını dartıb, bir dəfə isə təpik zərbəsi vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qusar şəhəri ərazisində yerləşən kafedə olan zaman şəxsi münasibətlər zəminində aralarında yaranan sözlü mübahisə nəticəsində birlikdə yeyib-içdiyi zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə əl içi zərbəsi ilə vurub, kafenin mətbəxində isə saçlarını dartıb və bir dəfə təpik zərbəsi ilə vurub.
Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1000 manat cərimə cəzasına məhkum olunub.
Fariz Məlikli
Demokrat.az