Meksikanın Aşağı Kaliforniya ştatında məhkəmə üç əcnəbi turistin - amerikalı Cek Karter Roud, həmçinin avstraliyalı qardaşlar Kallum və Ceyk Robinsonların vəhşicəsinə qətlə yetirilməsində təqsirləndirilən üç nəfərə hökm oxunub.
Demokrat.az xəbər verir ki, qətl turistlərin Ensenada bölgəsində sörfinqlə məşğul olmaq üçün etdikləri səfər zamanı törədilib. Cinayətkarlar turistlərin düşərgəsinə qarət məqsədilə hücum ediblər.
Onlar avtomobil şinlərini ələ keçirmək üçün turistlərin pikapını oğurlamağa çalışıblar.
Cinayət zamanı qatillər üç turisti güllələyərək qətlə yetirib, meyitləri dərinliyi 15 metrdən çox olan, gediş-gəlişin çətin olduğu ərazidə quyuya atıblar.
Nəticədə məhkəmə təqsirləndirilən şəxslərin hər birini 158 il müddətinə azadlıqdan məhrum edib. (lent.az)


