İnfrastruktur

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanacaq

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanacaq

Bakının Sabunçu rayonunda Zabrat–Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində oktyabrın 17-də etibarən təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.

Bu barədə Demokrat.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, əks istiqamətdə isə 19 oktyabr saat 08:00-dan etibarən tam məhdudiyyət tətbiq olunacaq.

"Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - AAYDA-dan qeyd edilib.