Şou-biznes

Nadir Qafarzadədən təşkilatçılara sərt sözlər

Nadir Qafarzadədən təşkilatçılara sərt sözlər

Müğənni Nadir Qafarzadə toy təşkilatçılığı ilə məşğul olan bəzi şəxsləri tənqid edib.

Demokrat.az xəbər verir ki, sənətçi bu barədə danışarkən bəzi təşkilatçıların toy sahiblərinə təsir göstərərək müğənni seçiminə müdaxilə etdiklərini bildirib. N.Qafarzadə həmin şəxsləri həmkarlarının haqqına girməkdə ittiham edib:

"Sözüm haram yeyənlərədir. Burada bütün musiqiçilər adından danışıram. Ürəkləri yoxdur, mən böyükürəkliyəm, danışıram. Mübarizə aparmağı bacarıram. Bəzi təşkilatçılar var ki, toy sahibini yönəldirlər. Bir adamı pisləyib mənasız müğənnilərini toy sahibinin beyninə yeridirlər. Toy sahibi istədiyini çağıra bilmir. Utanmırsınız, evinizə haram pul aparırsınız?

Elza Seyidcahan demişkən, tikək sizin ağzınızı. Böyük qıyıqla tikək ki, ağzınızı açıb başqasının haqqında danışmayasınız, ədalətli olasınız. Başqasının haqqına girməyəsiniz. Sizdən üzr də istəmirəm".

Müğənni əlavə edib ki, bu sözləri maddi qazanc əldə edə bilmədiyi üçün demir:

"Gileylənmirəm, elə indi toyumdayam. Sabah da, o biri gün də toydayam. Amma söhbət sizin işi burmağınızdan gedir. Tək mən yox, digər həmkarlarımız var. Niyə də qazanmayıq? İnsan həyata pul qazanmaq üçün gəlib. Siz şeytansınız, Allahın sizdən xəbəri yoxdur". (axşam.az)