Santuşa "Özünüzə niyə hörmət qoymursunuz?" deyən jurnalistdən SƏRT SÖZLƏR: "Ətək-ətək pul tökmək əvəzinə..."

GÜNDƏM 08 sentyabr 2025, 16:30
AFFA ötən il iyun ayında Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə gətirdiyi Fernandu Santuşla bu gün yollarını ayırdı.

Etiraf edək ki, Santuş gəldiyi gündən heç nəyi ilə yadda qalmadı, sevinmədik...

İslandiya səfərində aldığımız ağır məğlubiyyətdən sonra isə istefasını rəsmiləşdirdi.

Başsız qalan millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq. Bu da təbii ki, müvəqqətidir. Məşqçilər korpusunda isə elə də güclü mütəxəssis yoxdur ki, baş məşqçi vəzifəsini icra eləsin.

Mətbuat konfrasında idman şərhçisi, telejurnalist Ceyhun Rzayevin Santuşla maraqlı dialoqunu yəqin xatırlayırsınız. Konfrasda baş məşqçiyə "Özünüzə niyə hörmət qoymursunuz?" sualını vermişdi və bu gün yerinə düşdü. Haqlı irad idi, Santuş getdi...

Hamını bir sual düşündürür? Milli komandamız niyə oynaya bilmir? Milyonlarla vəsait ayrılır, baş məşqçilər gətirilir, ancaq nəticə sıfır...

Telejurnalist Ceyhun Rzayev  Sitat.info-ya açıqlamasında bildirdi ki, mütləq yerli məşqçi təyin etmək lazımdır: "Milli komandaya mütləq yerli məşqçi təyin etmək lazımdır. Biz həmişə deyirik ki, bizim futbolçu potensialımız aşağıdır. Bizdə keyfiyyətli, yuxarı səviyyədə futbolçu yoxdur. Əgər yoxdursa, bu futbolçular Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməyəcəklərsə, bunlarda o güc yoxdursa, zəifdirlərsə, xarici məşqçi gəlib nə edəcək? Bu futbolçuları birdən-birə Avropa səviyyəli futbolçuyamı çevirəcək?  Təbii ki, yox. Ona görə də xarciyə ətək-ətək pul tökmək əvəzinə, o pulu problemlərimizə verək . Bu sahədə o qədər problemlərimiz var. İnfrastruktur, stadion, uşaq futbolu... Eyni zamanda həmin vəsaiti məşqçilərin xaricə  göndərilib  təhsil almasına xərcləyə bilərik. Millinin baş məşqçinisə gəlincə, sabah oyundur, buraya kimsə təyin olunmalıdır. Məşqçilər korpusunda  ikii azərbaycanlı var idi.  Onlar da təcrübəsizdir... Bu səbəbdən seçim  Ayxan Abbasov olub. Bu seçimi sorğulmaq lazım deyil, kimsə təyin edilməli idi".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 18:56
Top