Xanım sürücü kəməri çıxarır, sükanı nəzarətsiz buraxıb əl çalır — VİDEO

SOSİAL 05 sentyabr 2025, 15:06

Bakıda yol hərəkəti qaydasını pozan xanım sürücü öz videosunu sosial şəbəkədə paylaşıb.

Avtosfer.az xəbər verir ki, Fatimə Quliyeva adlı sürücü idarə etdiyi "Mercedes" markalı avtomobillə şəhər yollarında hərəkətdə olarkən ard-arda qayda pozuntularına yol verib. Videodan göründüyü kimi, o, avtomobilin təhlükəsizlik kəmərini açır və hər iki əlini sükandan çəkərək musiqi sədaları altında əl çalmağa başlayır.

Bu cür məsuliyyətsiz davranış nəinki onun öz həyatını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini risk altına salır.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 sentyabr 2025, 15:50
Top