"Mərkəzi Park"da 2 yaşlı uşaq kanalizasiya quyusuna düşdü — FOTOLAR

HADİSƏ 01 sentyabr 2025, 13:44

Paytaxtda azyaşlının həyatı təhlükəyə düşüb.

Demokrat.az xəbər verir ki, BAKU.WS-in məlumatına görə, hadisə dünən "Mərkəzi Park"da baş verib.

Ailə üzvlərinin dediyinə əsasən, 2 yaşlı uşaq parkda açıq qalan kanalizasiya quyusuna düşüb. Quyunun dərinliyinin 1,5-2 metr olduğu bildirilir.

Valideynlərin və ətrafdakı insanların operativ müdaxiləsi nəticəsində uşaq quyudan çıxarılıb. Hadisə nəticəsində xəsarət alan yaşlı dərhal xəstəxanaya aparılıb və ona tibbi yardım edilib.

İddiaya görə, kanalizasiya quyusunun lyükü tam örtülməyib və qapağın möhkəm bağlanması üçün xüsusi yerlər olsa da, onlardan istifadə edilməyib. Bu isə ciddi təhlükə yaradıb.

 

  • Xəbəri Paylaş:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top