Şahin Şıxlinskinin axtarışa verilməsi özbaşınalıqdır — Rasim Musabəyov

GÜNDƏM 30 iyul 2025, 14:07
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib. Bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, o, Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə axtarışa verilib. Lakin diaspor rəhbəri barəsində konkret hansı maddə üzrə axtarış aparıldığı qeyd olunmayıb.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Rasim Musabəyov Demokrat.az-a açıqlama verib. 
 
O hadisələrdən məsafə olaraq uzaqda olduğunu deyib:

“Ona görə də xüsusi bir fikrim yoxdur. Yalız bu məsələylə bağlı deyə bilərəm ki, özbaşınalıqdır. Bunun başqa adı yoxdur. Deyiləcək söz bu qədərdir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top