Rusiyadakı təyyarə qəzasının qurbanları arasında azərbaycanlı var?

XARİCİ SİYASƏT 28 iyul 2025, 10:33
Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və ya Azərbaycan vətəndaşı yoxdur.

Demokrat.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində “An-24” sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib. Məlumata görə, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq), 6 ekipaj üzvü olub və hadisə nəticəsində 48 nəfər həyatını itirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top