Şəmkirdə 36 yaşlı kişi arvadına xəsarət yetirdi

KRİMİNAL 28 iyul 2025, 15:58
Şəmkir rayonunda 36 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 20-də baş verib. 

Daşkəsən rayon sakini Elçin Xudiyev həmin gün saat 18:30-da yaşadığı evdə arvadı Kəmalənin ondan xəbərsiz başqa mobil telefon işlətməsinə görə mübahisə baş verib. 

Mübahisə zamanı təqsirləndirilən şəxs yumruq zərbələri ilə qadını vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən E. Xudiyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, birgə nikahdan bir qüsurlu övladları var: “Mayın 20-də evə gələn zaman Kəmalənin istifadəsində xəbərim olmadan bir mobil telefon aşkar etdim və kimə məxsus olduğunu soruşdum. Arvadım mobil telefonun ona məxsus olmasını bildirdi. Bu zaman aramızda mübahisə baş verdi. Mübahisə zamanı Kəmalə boşanacağını bildirdiyindən onun boğazından tutdum və döydüm”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Qadın ərini bağışladığını, ona qarşı şikayətini geri götürdüyünü bildirib. 

Bu səbəbdən məhkəmə E. Xudiyevin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyul 2025, 20:47
Top