Xırdalanda uşaq bağçasında azyaşlıları zirzəmiyə salırlar? — İDDİA

GÜNDƏM 28 iyul 2025, 22:15

Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində fəaliyyət göstərən uşaq bağçası ilə bağlı narahatedici görüntülər yayılıb.

Oxu.Az xəbər verir ki, azyaşlı uşaqların cəzalandırılmaq məqsədilə binanın zirzəmisinə salındığı iddia olunur.

Sosial şəbəkələrdə yayılan və azyaşlının saatlarla ağladığını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Həmin görüntüləri təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 iyul 2025, 20:47
Top