"2025-ci ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcı şirkətlər tərəfindən 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcək".
Bu barədə Demokrat.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən məlumat verilib.
Qeyd olunub ki, AYNA tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.
"Hazırda paytaxtda müntəzəm marşrut xətlərində 2 200-dən çox avtobus istifadə olunur. Yeni avtobusların gətirilməsi, ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək", - deyə AYNA-nın məlumatında bildirilir.