Bir çox hallarda işçinin xəbərdarlıq edilmədən işdən çıxarılması, yaxud işəgötürənə öncədən xəbər verilmədən işçinin işdən ayrılması müəyyən narazılıqlar doğurur. Bəs bu münasibətlər qanunla necə tənzimlənir?
Bu barədə Demokrat.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, əmək müqaviləsinə işçi tərəfindən xitam verilirsə, mütləq şəkildə bir ay öncədən ərizə təqdim olunmalıdır:

“Əmək Məcəlləsinin 69-cu maddəsinin ikinci bəndinə görə, 1 ay bitdikdə işəgötürən işçini işdən çıxarmaq məcburiyyətindədir. Çıxdığı gün də ona son haqq-hesabı ödəməlidir.
İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verildikdə isə, əgər müddətli əmək müqaviləsidirsə, müqavilənin xitamına azı 1 həftə qalmış tərəflərdən hər hansı birinin təşəbbüsü olmasa, o zaman müddət avtomatik uzanmış hesab olunur. Müddət tamam olduqdan sonra 1 həftə müddətində işəgötürən tərəfindən xitam verilməsi sistemə işlənərsə, tərəflər arasındakı əmək müqaviləsinə xitam verilmiş olur. Qeyd edim ki, əgər işəgötürən tərəfindən hər hansı bir şəkildə sınaq müddətini keçməyən işçi olsa, o cümlədən dövlət büdcəsindən maliyyələşən işçi pensiya yaşına çatdıqda, ixtisar olduqda, işəgötürən tərəfindən həmin gün əmək müqaviləsinə xitam verilməsi mümkündür”.
Cavidan Mirzəzadə
Demokrat.az