YapiKredi Müraciət Forması
Özəl Avto

Köhnə avtomobillər yollardan yığışdırılacaq? — Açıqlama

Köhnə avtomobillər yollardan yığışdırılacaq? — Açıqlama

Köhnə avtomobillərin istismardan çıxarılması məsələsi həm sürücüləri, həm də avtomobil bazarını maraqlandırır. Yaşı çox olan nəqliyyat vasitələrinin texniki vəziyyəti, təhlükəsizliyi və ətraf mühitə təsiri bu mövzunu yenidən gündəmə gətirir.

Bəs avtomobillərin istismar müddətinə dair konkret yaş həddi müəyyən edilə bilərmi, köhnə maşınların istifadəsi hansı hallarda məhdudlaşdırıla bilər və sürücülər nə vaxt avtomobillərini utilizasiyaya verməli olacaqlar?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, köhnə avtomobillərin dövriyyədən çıxarılması ölkəmizdə utilizasiya proqramı çərçivəsində və könüllülük əsasında həyata keçirilir.

Köhnə avtomobillər yollardan yığışdırılacaq? — Açıqlama

Onun sözlərinə görə, köhnə, yararsız və ya istifadə olunmayan avtomobili olan vətəndaş, hətta avtomobilindən istifadə etsə belə, onu utilizasiyaya təhvil verərək müqabilində vauçer ala bilər:


Bu maşınlar geri çağırılır
Həkim ürək üçün xüsusilə təhlükəli amilləri sadalayıb
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı qərar verildi


"Həmin vauçerlə yeni istehsal olunmuş avtomobil alarkən güzəşt əldə etmək mümkündür. Əgər vətəndaş vauçerlə avtomobil almaq istəmirsə, vauçerin müəyyən hissəsini, daha böyük qismini nağd pul şəklində əldə edə bilər. Bu proses davam edir və indiyədək vətəndaşlar tərəfindən xeyli sayda avtomobil utilizasiyaya verilib. Hazırda avtomobillərin istismarına hər hansı məhdudiyyət qoyulması gözlənilmir.

Bu prosesə təkan vermək, yəni ölkədə köhnə avtomobillərin sayının artmasının qarşısını almaq üçün artıq qərar qəbul olunub və ölkəmizə yaşı 10 ildən çox olan avtomobillərin idxalı məhdudlaşdırılıb. Əvvəlki kimi, yaşı 20-30 ili ötən avtomobillər artıq ölkəmizə idxal olunmur. Utilizasiya prosesi ölkəmizdə könüllülük əsasında həyata keçirilir. Düşünürəm ki, bu, yaxşı və optimal variantlardan biridir. Yəni proses məcburi deyil".