YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Xoşbəxtliyi yalnız yetkinlik dövründə tapan insanların 4 doğum tarixi

Xoşbəxtliyi yalnız yetkinlik dövründə tapan insanların 4 doğum tarixi

Cəmiyyətdə xoşbəxtliyin və uğurun əsasən gənclik illərinə təsadüf etdiyi fikri geniş yayılsa da, numerologiyaya görə, bəzi insanlar həyatın daha yetkin dövründə özlərini daha xoşbəxt hiss edə bilərlər.

Demokrat.az xəbər verir ki, "Parade" nəşrində yayımlanan yazıda doğum tarixləri 4, 8 və 9 rəqəmləri ilə əlaqələndirilən insanların həyatına dair numeroloji şərhlər yer alıb.

Ayın 4, 13, 22 və ya 31-də doğulanlar

Numerologiyada bu tarixlər nizam-intizam, möhkəmlik və həyatı planlı şəkildə qurmaq bacarığı ilə əlaqələndirilir. İddialara görə, belə insanlar gənclik illərində müxtəlif çətinliklərlə qarşılaşsalar da, zaman keçdikcə özlərinə daha çox güvənməyi və keçmişə bağlılıqdan uzaqlaşmağı öyrənirlər. Yetkin yaşlarında isə xoşbəxtliyi böyük nailiyyətlərdən çox, gündəlik həyatın sadə məqamlarında tapmağa başlayırlar.

Ayın 8, 17 və ya 26-da doğulanlar

Bu tarixlərdə dünyaya gələnlər numerologiyada qətiyyət, məsuliyyət və maddi uğurla əlaqələndirilir. Şərhlərə əsasən, onların məqsədlərinə çatması səbir və uzunmüddətli zəhmət tələb edə bilər. Yaş artdıqca şəxsi dəyərlərini daha yaxşı anlayan bu insanların özlərinə uyğun münasibətlər və imkanlar tapdıqları irəli sürülür.

Ayın 9, 18 və ya 27-də doğulanlar

Numeroloji yanaşmada bu tarixlər tamamlanma, emosional yetkinlik və başqalarına təsir göstərmək anlayışları ilə əlaqələndirilir. Bu günlərdə doğulanların gənclik illərində yaşadıqları çətinliklərdən təcrübə qazandıqları, zamanla daha müdrik qərarlar verdikləri və həyatın sonrakı mərhələlərində daha çox məmnunluq hiss etdikləri iddia olunur.

Jalə